Əkinçilik Elmi Tədqiqat İnstitutu

Qobustan Bölgə Təcrübə Stansiyası, Bitki seleksiyası və toxumçuluğu şöbəsi müdiri

Qobustan, Azərbaycan

18.04.22


Maaş

:

804.00

Qeyd

  • Elmi müəssisənin istiqamətinə uyğun olaraq şöbə üçün nəzərdə tutulan elmi-tədqiqat işlərinin yerinə yetirilməsini təşkil edir və müvafıq sahə üzrə onların inkişaf perspektivlərini müəyyənləşdirir.
  • Tədqiqat və araşdırmaların aparılması üçün metod və vasitələri, şöbə qarşısında duran elmi və texniki vəzifələrin həlli yollarını seçir.
  • Elmi biliklərin əldə edilməsinə, tətbiqinə və təbliğinə yönəlmiş elmi tədqiqat və yaradıcılıq proseslərini, şöbənin perspektiv və illik planlarını hazırlayır və rəhbərliyə təqdim edir.
  • Müvafıq elm və texnika sahəsinin inkişafı üçün texniki tapşırıqların, metodiki sənədlərin işlənib hazırlanmasına rəhbərlik edir.
  • Elmi-tədqiqat işlərinin birgə icraçılarını, iştirak edən müəssisə və təşkilatları müəyyənləşdirir.
  • Şöbənin (bölmənin, laboratoriyanın və s.) tematik planında nəzərdə tutulan mövzulara rəhbərliyi həyata keçirir, onların son məqsədini və gözlənilən nəticələrini formalaşdırır.
  • Mühüm işlərin aparılmasında iştirak edir. Nəzərdə tutulan tapşırıqların, müqavilə öhdəliklərinin yerinə yetirilməsinə, şöbənin (bölmənin, laboratoriyanın və s.) mütəxəssisləri və birgə icraçılar tərəfindən yerinə yetirilən işlərin keyfiyyətinə nəzarət edir.
  • Şöbənin yerinə yetirdiyi işlər haqqında hesabat tərtib edir, elmi nəticələrin təcrübədə tətbiqini, müəllif nəzarətini və texniki köməkliyi təmin edir.
  • İşlərin görülməsi üçün zəruri olan avadanlığa, materiallara və digər ehtiyatlara şöbənin (bölmənin, laboratoriyanın və s.) ehtiyaclarını müəyyənləşdirir.
  • Şöbənin avadanlıq və materiallarla təchiz olunması, onlardan səmərəli istifadə edilməsi və onların mühafizəsi üçün tədbirlər görür.
Oxşar Elanlar